Qəhrəmanlara Eşq Olsun! (1981)
== Məzmun ==
Kinolent Sov. İKP-nin XXVI qurultayına və Azərbaycan KP XXX qurultayına həsr edilmişdir.
Filmdə kənd əməkçilərinin onuncu beşillikdə sosializm yarışına başçılıq edən və rekord məhsul götürülməsini təmin edən respublikanın Abşeron, Bərdə, Sabirabad və Ağcabədi rayonlarının partiya təşkilatlarından, bu rayonun əmək qəhrəmanlarından — İ.Məmmədov, T.Hümbətova, R.Səfərəliyev və başqaları haqqında danışılır.
== Filmin heyəti ==
=== Film üzərində işləyənlər ===
Rejissor: Xamiz Muradov
Ssenari müəllifi: Eyvaz Borçalı
Operator: Vladimir Konyagin, Sərdar Vəliyev
Səs operatoru: Şamil Kərimov
== Mənbə ==
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 298.